Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yol qəzası

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib - YENİLƏNİB -FOTO - VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib - YENİLƏNİB -FOTO - VİDEO

Qaxda yol qəzasında xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq vəfat edib. Primeinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə “VAZ-21099” markalı minik avtomobili toqquşub.

Bakıda 6 dost dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - FOTO

Bakıda 6 dost dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - FOTO

Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub. Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi yolun Yasamal rayonundan keçən hissəsində – üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Bakıda QƏZA - 60 yaşlı qadın öldü

Bakıda QƏZA - 60 yaşlı qadın öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Elmur Bəhram oğlu Bəhramzadə “Mercedes-Benz” markalı avtomobili ilə Sabunçu bazarı istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub.

Azərbaycanda DƏHŞƏTLİ YOL QƏZASI: 5 nəfər yanaraq ölüb - FOTO - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ YOL QƏZASI: 5 nəfər yanaraq ölüb - FOTO - VİDEO

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub. Primeinfo.az “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır. 1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

Bakıda avtomobil ağaca çırpıldı: Ölən var

Bakıda avtomobil ağaca çırpıldı: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. 2000-ci il təvəllüdlü Tehran İlham oğlu Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Bakıda QƏZA: “Mercedes”lə “Range Rover” toqquşdu - VİDEO

Bakıda QƏZA: “Mercedes”lə “Range Rover” toqquşdu - VİDEO

Paytaxtın Qaradağ rayonunda avtomobillər toqquşub. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, onlardan 285 nəfər həlak olmuş, 404 nəfər isə yaralanıb.

“Niva” dərəyə aşdı: Ər-arvad öldü - FOTO - YENİLƏNİB

“Niva” dərəyə aşdı: Ər-arvad öldü - FOTO - YENİLƏNİB

Şamaxı-Pirqulu avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 2-yə çatıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində baş verən qəza zamanı sürücünün həyat yoldaşı Şövkət Aslanova hadisə yerində dünyasını dəyişib. Sürücü Mətləb Aslanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.