Xəbər axtarın

Son axtarış nəticələri:

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

20.08.2026 11:55

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb
2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, onlardan 285 nəfər həlak olmuş, 404 nəfər isə yaralanıb. Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 43,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,0 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.

Paylaş: