Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda avtomobil ağaca çırpıldı: Ölən var

04.09.2026 12:46

Bakıda avtomobil ağaca çırpıldı: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Tehran İlham oğlu Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində sərnişin 1981-ci il təvəllüdlü Eşqin Məhərrəm oğlu Qasımov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş: