
Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alanlar (dörd kişi, beş qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. İki nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb. Digər xəsarət alan şəxslərə instrumental müayinələr icra edilib. Onların hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.
Ağır qəzada yaralananlar – Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri – 1997-ci il təvəllüdlü S.İsmayılov və 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri – 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü R.Məmmədovadır.
Hadisə ilə bağlı araşdırma aparılır.
