Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında mülki infrastruktura qarşı son hücumlar nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına, eləcə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Associated Press“ (AP) məlumat yayıb. Oktyabrın 10-da hava limanına endirilən raket zərbəsi nəticəsində 12 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar. Primeinfo.az xəbər verir ki,bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib. O bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və hava məkanı hərbi hədəf hesab olunur.
ABŞ Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı ilə əlaqə saxlayır. Primeinfo.az xəbər verir ki,bunu ABŞ prezidenti Donald Tramp Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı deyib. “Biz husilərlə əlaqə qurmuşuq və bundan sonra nə olacağını görəcəyik.
“Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum terror aktıdır və buna qətiyyətlə cavab veriləcək”. Primeinfo.az xəbər verir ki,bunu Yəməndə qanuni hakimiyyəti dəstəkləyən koalisiyanın rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki deyib. Qeyd edək ki, hava limanına edilən hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu deyən Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkələrin adlarını açıqlamayıb. “Daha əvvəl Misir və Banqladeşlə yanaşı, Suriya, Qətər, Küveyt və Bəhreynin də ittifaqa qoşula biləcəyi gündəmə gəlib.
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İrandan gizli şəkildə Yəməndəki Husiləri dayandırmağa kömək etməsini istəyib. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ə məsələdən məlumatlı üç iranlı mənbə bildirib. Mənbələrin sözlərinə görə, Husilər Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyişlər etdikdən sonra Ər-Riyad kömək üçün Çinə müraciət edib.
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. Primeinfo.az “Asahi”yə istinadən xəbər verir ki , bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxın Şərqdən Asiyaya neft tədarükü üçün ənənəvi marşrut olan Hörmüz boğazından keçən səfər əvvəllər gediş-gəliş üçün 40 gün çəkirdi.