Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Səudiyyə Ərəbistanı

Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edəcək

Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edəcək

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabrın 14-15-də keçirilən Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub.

Bu ölkələr enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalayacaq

Bu ölkələr enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalayacaq

Səudiyyə Ərəbistanı ABŞ ilə enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalamağı planlaşdırır. Primeinfo.az-ın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı investisiya forumunda milli neft şirkəti “Saudi Aramco”nun baş direktoru Amin Nasser bəyan edib. Onun sözlərinə görə, “Saudi Aramco” ABŞ-də investisiya portfelini genişləndirməyə davam edir, şirkətin vençur bölməsi isə Amerika iqtisadiyyatına 1,5 milyard dollar yatırıb.

ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib

ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, ADDA rəhbəri qonağı salamlayaraq akademiyanın tarixi inkişafı, strukturu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat verib. Görüşdə iki ölkənin dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.