Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclis

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsi Milli Məclisə daxil olub. Primeinfo.az xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə yalnız “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi daxil edilib.

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Milli Məclisin 2026-cı il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək. Primeinfo.az xəbər verir ki, iclas saat 11:00-da başlayacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-dan dekabrın 30-dək davam edir.

Fermerlərə şad xəbər: Pulu əvvəlcədən ala biləcəklər - Yeni QANUN

Fermerlərə şad xəbər: Pulu əvvəlcədən ala biləcəklər - Yeni QANUN

Milli Məclisdə yeni “Məhsul şəhadətnaməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılır. Primeinfo.az-ın məlumatına görə, sözügedən layihə Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb.

Magistratura və doktoranturanı bitirən zabitlərin hərbi rütbədəki müddəti AZALDILIR

Magistratura və doktoranturanı bitirən zabitlərin hərbi rütbədəki müddəti AZALDILIR

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla bir il azaldılacaq. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 32-ci maddəsinə əlavə edilən yeni müddəada əksini tapıb. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 31.5-ci maddəsinin “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları da yeni redaksiyada verilir.

Milli Məclisin komitə iclasları BAŞLAYIR

Milli Məclisin komitə iclasları BAŞLAYIR

Milli Məclisin komitələri 2026-cı il payız sessiyası ilə əlaqədar öz işinə başlayır. Primeinfo.az xəbər verir ki, sessiya çərçivəsində ilk komitə iclası sabah – sentyabrın 11-də keçiriləcək. Belə ki, Elm və təhsil komitəsinin payız sessiyası çərçivəsində baş tutacaq ilk iclasında komitənin iş planı müzakirə ediləcək.

Azərbaycanlı deputatlar Qazaxıstanda parlament seçkilərini izləyəcəklər

Azərbaycanlı deputatlar Qazaxıstanda parlament seçkilərini izləyəcəklər

Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, deputatlar Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA), Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Parlament Assambleyasının (ATƏT PA), Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində seçki prosesini izləyəcəklər.

Milli Məclisin deputatı İrana getdi

Milli Məclisin deputatı İrana getdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov İran İslam Respublikasına səfər edib. Primeinfo.az xəbər verir ki, deputat səfər çərçivəsində İranın Ərdəbil şəhərində keçiriləcək “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə təşkil olunan tədbirlərdə iştirak edəcək. Bildirilib ki, Ceyhun Məmmədovun səfəri iyulun 25-26-nı əhatə edir.