Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq.
Dövlət-özəl tərəfdaşlığı layihələri üçün torpaqların verilməsi qaydası müəyyənləşir Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Belə ki, layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi məqsədilə tələb olunan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi üçün həmin torpaqlar açıq hərrac və ya müsabiqə keçirilmədən dövlət mülkiyyətinə və ya icarəsinə verilə biləcək. Həmçinin zərurət yarandıqda dövlət mülkiyyətində olan torpaq sahələri özəl tərəfdaşa icarəyə veriləcək.
Milli Məclis 15 iyun – Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasının tarixi və gündəliyi məlum olub. Primeinfo.az xəbər verir ki, 12 iyunda keçiriləcək iclasın gündəliyinə 10 məsələ daxil edilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1.
Hesablama Palatası dövlət büdcəsinin sərbəst qalığından 184,8 milyon manat vəsaitin qanunda nəzərdə tutulmayan istiqamət üzrə istifadə olunmasına diqqət çəkib. Primeinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, 2025-ci ildə bir qurumun büdcədənkənar xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin sərbəst qalığından vəsait ayrılıb.
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı fərqli formatda ictimai dinləmə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Azər Əmiraslanov bildirib. İclasın növbədənkənar sessiya zamanı keçiriləcəyi gözlənilir.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb. Hesabata əsasən, dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Primeinfo.az xəbər verir ki, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
MM-in komissiyası CNN-i iddialarını sübut etməyə çağırıb