Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb - FOTO
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb – FOTO
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb – FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat yaradacağına əminliyini bildirib. Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb.
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb. Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Quba rayonunun 3 kəndinin adı dəyişdirilir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını qəbul edib. Primeinfo.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, 2025-ci ildə insan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 (+1) təqsirləndirilən şəxsdən 15-i (-1), o cümlədən 3 (sabit) insan alverçisi tutulub.
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub. Primeinfo.az xəbər verir ki, parlamentin mayın 12-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı.
Quba rayonunun 3 kəndinin adı dəyişdirilir. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb. Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb.
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir, ağaclar dəyəri ödənilməklə kəsiləcək, kollar üçün isə ödəniş alınmayacaq. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək.