Xəbər axtarın

Son axtarış nəticələri:

Milli Məclis dövlət büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib

30.06.2026 11:40

Milli Məclis dövlət büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Primeinfo.az-ın xəbərinə görə, layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.

Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.

Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Paylaş: