
“Bizim bəzi danışan deputatları QHT sədri səviyyəsinə salıblar. Spiker deputatlara deyir ki, bura sizin üçün siyasət meydanı deyil. Bu təfəkkürdə adam parlament spikeridir. Düşünə bilirsiniz?!”
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında deyib.
“Yəni, bu adamlar qanunvericilik funksiyasını daşıyan bir qurumda Azərbaycanın pis-yaxşı təmsilçiləridir. Amma onların hansının söz deməyə haqqı var? Parlamentdə fəaliyyət imkanı olan adamlar belə QHT təmsilçisi kimi fəaliyyət göstərirlər”, – deyə A.Muradxanlı vurğulayıb.
Davamı “Qırmızı masa”da: