Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclis

Narkoloji xəstələrlə bağlı YENİ QƏRAR

Narkoloji xəstələrlə bağlı YENİ QƏRAR

Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 192.13-cü maddədə əksini tapıb. Xətalar Məcəlləsinə təklif edilən yeni – 192.14-cü maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə ediləcək.

MM və Belarus Nümayəndələr Palatasının sədrlərinin görüşü olub - FOTO

MM və Belarus Nümayəndələr Palatasının sədrlərinin görüşü olub - FOTO

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Bu səfərin İqor Sergeyenkonun Azərbaycana ilk rəsmi səfəri olduğunu qeyd edən spiker qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini vurğulayıb.

Slovakiya Milli Şurasının sədri Qarabağa səfər edəcək - FOTO

Slovakiya Milli Şurasının sədri Qarabağa səfər edəcək - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat yaradacağına əminliyini bildirib. Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb.

Bu şəxslərə müavinət ödəniləcək

Bu şəxslərə müavinət ödəniləcək

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni MÜAVİNƏT VƏ İMTİYAZLAR

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni MÜAVİNƏT VƏ İMTİYAZLAR

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb. Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Qubanın 3 kəndinin adının dəyişdirilməsi QƏBUL EDİLDİ

Qubanın 3 kəndinin adının dəyişdirilməsi QƏBUL EDİLDİ

Quba rayonunun 3 kəndinin adı dəyişdirilir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.