Azərbaycanda 3 kəndin adı dəyişir. Primeinfo.az bildirir ki, bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.
Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini qəbul edib. Primeinfo.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva səsləndirib. Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb.
Milli Məclisin növbəti iclası başlayıb. Primeinfo.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.
Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan Respublikasının ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası fevralın 27-də olacaq.
Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi yad edilib. Primeinfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova xalqımıza qarşı həyata keçirilmiş qanlı soyqırım aktından bəhs edib. Spiker bildirib ki, bu Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımı ən qanlı insanlıq cinayətidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb”.
Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşdiriləcək. Primeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
Milli Məclis daha bir beynəlxalq konvensiyanı ratifikasiya edəcək. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” məsələdə əksini tapıb. Qeyd edək ki, Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası insan orqanlarının qeyri-qanuni götürülməsi və alverinə qarşı mübarizəni gücləndirmək məqsədilə qəbul olunmuş beynəlxalq hüquqi sənəddir.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. Primeinfo.az xəbər verir ki, yaz sessiyasının plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1.