Şübhəli malların gömrük buraxılışı 3 günədək dayandırılacaq Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklərə görə, tez xarab olan malların gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt (yəni saxta və ya müəllif hüquqlarını pozan) olduğu ilə bağlı əlamətlər aşkar edilərsə, həmin malların buraxılışı müvəqqəti dayandırılacaq. Belə ki, bu halda gömrük orqanının rəhbərinin qərarı ilə malların buraxılışı ilkin olaraq 3 iş günü müddətinə dayandırılacaq.
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, mayın 1-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Milli Məclis bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin təyin edilməsi ilə bağlı məsələyə baxıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov təyin edilib. Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva MSK-nın əvəzedici üzvləri kimi təsdiqlənib.
Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib. MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə əsasən, Yeni Azərbaycan Partiyasının, Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların və Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların qurumda təmsilçiliyə namizədləri aşağıdakılardır: Mərkəzi Seçki Komissiyasının üzvləri: Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.
Latviya Prezidenti Milli Məclisdə olub
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə “İCMAL” informasiya sistemi ilə bağlı dəyişikliyi, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına, uşaqlara qarşı zorakılıq və dilənçilik hallarına, o cümlədən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimələrin əlavə edilməsini son oxunuşda qəbul edib. Primeinfo.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni “İCMAL” altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir.
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 523-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur.
2021–2025-ci illər üzrə strateji planın hədəflərinin əksəriyyətinə nail olunub. Primeinfo.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, 2021–2025-ci illər üzrə strateji planın icrası üzrə beynəlxalq təcrübəyə uyğun olaraq illik əməliyyat planları vasitəsilə həyata keçirilib, bu illər ərzində 5 əməliyyat planı tərtib edilib: “Strateji planın qüvvədə olduğu əksər illər üzrə əməliyyat planlarının icrası təxminən 90 %-dən, monitorinq çərçivəsinin göstəricilərinin ümumi icrası 80 %-dən çox olub.