Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclis

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair açıqlama yayıb. Primeinfo.az açıqlamanı təqdim edir: “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib. Araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub.

Diplomatik heyət üzvləri üçün yeni GÜZƏŞTLƏR

Diplomatik heyət üzvləri üçün yeni GÜZƏŞTLƏR

Diplomatik heyət üzvləri üçün yeni güzəşt müəyyənləşir. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Artıq diplomatların da baqajları yoxlanılacaq

Artıq diplomatların da baqajları yoxlanılacaq

Diplomatların şəxsi baqajına dair gömrük güzəşti ləğv edilir Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları, diplomatik heyətin üzvləri və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarının gömrük baxışından azad olunması ilə bağlı norma ləğv edilir. Həmçinin layihəyə əsasən, xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin inzibati-texniki heyəti və həmin əməkdaşlar, eləcə də onlarla birlikdə yaşayan ailə üzvləri (Azərbaycan vətəndaşı olmadıqda və ya ölkədə daimi yaşamadıqda) şəxsi istifadə üçün malları gömrük ödənişlərindən azad şəkildə ölkəyə gətirə bilərlər.

Maşınınız dövlət mülkiyyətinə bu halda KEÇƏ BİLƏR

Maşınınız dövlət mülkiyyətinə bu halda KEÇƏ BİLƏR

Rəsmiləşdirilməyən mallar 6 aydan sonra dövlət mülkiyyətinə keçəcək Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklərə görə, gömrük sərhədini keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməyən və ya rəsmiləşdirilməsi başa çatdırılmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Belə ki, mövcud qaydalara əsasən yalnız məhkəmə qərarı ilə müsadirə edilən və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirdi.

Şübhəli malların buraxılışı 3 günədək dayandırılacaq

Şübhəli malların buraxılışı 3 günədək dayandırılacaq

Şübhəli malların gömrük buraxılışı 3 günədək dayandırılacaq Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklərə görə, tez xarab olan malların gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt (yəni saxta və ya müəllif hüquqlarını pozan) olduğu ilə bağlı əlamətlər aşkar edilərsə, həmin malların buraxılışı müvəqqəti dayandırılacaq. Belə ki, bu halda gömrük orqanının rəhbərinin qərarı ilə malların buraxılışı ilkin olaraq 3 iş günü müddətinə dayandırılacaq.

MM-in növbəti iclasının tarixi və gündəliyi məlum olub

MM-in növbəti iclasının tarixi və gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, mayın 1-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Keçmiş deputat vəzifədən kənarlaşdırıldı

Keçmiş deputat vəzifədən kənarlaşdırıldı

Milli Məclis bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin təyin edilməsi ilə bağlı məsələyə baxıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov təyin edilib. Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva MSK-nın əvəzedici üzvləri kimi təsdiqlənib.

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib. MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə əsasən, Yeni Azərbaycan Partiyasının, Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların və Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların qurumda təmsilçiliyə namizədləri aşağıdakılardır: Mərkəzi Seçki Komissiyasının üzvləri: Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.