Xəbər axtarın

Son axtarış nəticələri:

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozu 2,2% üstələyib

09.06.2026 11:12

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozu 2,2% üstələyib

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.

Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.

Hesabata əsasən, dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.

Nəticədə, 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.

 

Paylaş: