Xəbər axtarın

Son axtarış nəticələri:

184 milyon manat düzgün istiqamətə yönəldilməyib - Hesablama Palatası

09.06.2026 13:48

184 milyon manat düzgün istiqamətə yönəldilməyib - Hesablama Palatası

Hesablama Palatası dövlət büdcəsinin sərbəst qalığından 184,8 milyon manat vəsaitin qanunda nəzərdə tutulmayan istiqamət üzrə istifadə olunmasına diqqət çəkib.

Primeinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, 2025-ci ildə bir qurumun büdcədənkənar xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin sərbəst qalığından vəsait ayrılıb.

“Büdcə sistemi haqqında qanunun sərbəst qalıqdan istifadə istiqamətlərini müəyyən edən 19.5-1-ci maddəsində nəzərdə tutulmayan bu istiqamət üzrə 184,8 milyon manat vəsait icra edilib. Bu məbləğ dövlət büdcəsinin profisit göstəricisinə də təsir göstərir”, – deyə Palata sədri bildirib.

V.Gülməmmədov qeyd edib ki, məsələ digər normativ-hüquqi aktlarda əksini tapsa da, büdcə qanunvericiliyinin tələbləri baxımından bu istiqamətə yenidən baxılması zəruridir.

O əlavə edib ki, Hesablama Palatası bu məsələnin növbəti büdcə illərində diqqətdə saxlanılmasını vacib hesab edir.

Paylaş: