Xəbər axtarın

Son axtarış nəticələri:

Qubanın 3 kəndinin adının dəyişdirilməsi QƏBUL EDİLDİ

12.05.2026 13:45

Qubanın 3 kəndinin adının dəyişdirilməsi QƏBUL EDİLDİ

Quba rayonunun 3 kəndinin adı dəyişdirilir.

Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Paylaş: