Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Primeinfo.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası oktyabrın 16-da keçiriləcək.
Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər. Primeinfo.az müraciətin mətnini təqdim edir: Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri! Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik.
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. Primeinfo.az xəbər verir ki, oktyabrın 13-ü keçiriləcək iclasın gündəliyinə 13 məsələ daxil edilib. 1.
Azərbaycan Respublikasının Milli Məclisi 2026-cı il oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.
Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində qeyd olunub. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. Primeinfo.az xəbər verir ki, Bəyanatda deyilir: “Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsi və digər sənədləri özü icra edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil edib.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin payız sessiyası çərçivəsində keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.
Azərbaycanda hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib. Primeinfo.az-ın xəbərinə görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib. Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır.