“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-sentyabr aylarında 13 mln. 882 min 84 ton yük daşıyıb. Primeinfo.az xəbər verir ki, bu barədə ADY-nin məlumatında bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10-11 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Primeinfo.az bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
1 noyabr 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yollarından bildirilib. Qeyd edilib ki, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
“Azərbaycan Dəmir Yolları” (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişinlərin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini ASAN Login və ya ID vasitəsilə verifikasiya etməlidirlər.
Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək. Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Anım Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Qurumdan bildirilib ki, dəmiryolçular saat 12:00-da Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
ADY sərnişinlərin rahat hərəkətini təmin etmək üçün növbəti alternativ marşrutlar təklif edir. Primeinfo.az xəbər verir ki, sərnişinlər Dərnəgül dəmiryol dayanacağından yaxınlıqdakı avtobus dayanacağına keçərək 4 fərqli marşrutla şəhərin müxtəlif, o cümlədən: – Badamdar qəsəbəsi – Mərkəzi Bank – 20-ci sahə istiqamətləri üzrə səfərlərini davam etdirə bilərlər. Qatarların hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-avqust aylarında 537 min tondan çox yük aşırılıb. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur. Məlumata görə, yalnız 2026-cı ilin avqust ayında terminalda 76 min ton yük aşırılıb.