“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
10 sentyabrda – Bakıda “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günü Bakı Beynəlxalq Dəniz Limanında baş tutub. Konfrans çərçivəsində texniki sessiyalar, işitrakçıların Bakı Beynəlxalq Dəniz Limanına səfəri və limanda tətbiq edilən innovativ və dayanıqlı həllərin təqdimatı olub. İştirakçılar üçün “İnnovasiyanın fəaliyyətdə nümayişi” mövzusunda sahə gəzintisi təşkil olunub.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Primeinfo.az xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan arpa və 21 vaqondan ibarət, çəkisi 1469 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çindən olan tərəfdaşlar arasında Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın yeni imkanları müzakirə olunub. Primeinfo.az xəbər verir ki, Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) “Kitab Dayanacağı” layihəsi genişlənməkdə davam edir. ADY-dən Primeinfo.az-a bildirilib ki, sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı və faydalı keçirməsinə xidmət edən “Kitab Dayanacağı” Bakı və Gəncədən sonra Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib. Yeni məkan sərnişinlərə səfər zamanı müxtəlif kitablar arasından seçim edərək mütaliə etmək imkanı yaradır.
Bu gün Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib. Məlumata görə, buna səbəb “Zabrat-2” stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub.
Bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Primeinfo.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev APA-ya bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib. ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
“Azərbaycan Dəmir Yolları” QSC bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. ADY-dən Primeinfo.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib. Primeinfo.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.
Son günlər “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) vətəndaşlardan Bakı–Tiflis–Bakı marşrutu ilə bağlı səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.