Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Azərbaycan Dəmir Yolları” QSC (ADY)

Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpasına başlanılıb - FOTO

Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpasına başlanılıb - FOTO

Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb. Bu barədə Primeinfo.az-a ADY-dən bildirilib. Qeyd edilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir: Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib.

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO - YENİLƏNİB

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO - YENİLƏNİB

Tovuzda qatarda yanğın olub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Azərbaycanda Gürcüstana gedən yük qatarının bir vaqonunda Tovuz stansiyası ərazisində yanğın qeydə alınıb. İlkin məlumata görə, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbilə baş verib.

Biləcəridən Ermənistana 26 vaqon buğda göndərilir

Biləcəridən Ermənistana 26 vaqon buğda göndərilir

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 26 vaqon buğda göndəriləcək. Tədarük “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından həyata keçiriləcək.

Yuyucu-buxarlayıcı stansiyada 7 ayda 1861 çən vaqon yuyulub - FOTO - VİDEO

Yuyucu-buxarlayıcı stansiyada 7 ayda 1861 çən vaqon yuyulub - FOTO - VİDEO

Dəmir yolları ilə xam neft, mazut, dizel yanacağı və kerosin daşıyan çən-vaqonlar növbəti yükünü götürməzdən əvvəl xüsusi təmizləmə prosesindən keçir. “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) bu prosesin həyata keçirildiyi məkan Biləcəri yuyucu-buxarlayıcı stansiyasıdır. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, 1936-cı ildən fəaliyyət göstərən stansiyada tünd və açıq neft məhsullarının daşınmasında istifadə olunan çən vaqonlar yuyulur və buxarla təmizlənir.