AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib. Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub.
Azərbaycan Dəmir Yolları Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işləri davam etdirir. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Məlumata görə, hazırda layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını başa çatıb.
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə də mövcud xətlərin bərpası nəzərdə tutulur. Proqram çərçivəsində Zabrat-Maştağa-Bağlar dəmir yolu xətti də yenidən istifadəyə veriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yollarının hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb. “Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb ki, bu da keçən ilin müvafiq dövründən 51% çoxdur. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib. Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.
Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir.
Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış “SİMA Pay” üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9 mini ötüb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) xəbər verilib. Məlumata görə, iki aydır istifadədə olan sistem gündəlik turniket keçidlərində sərnişinlər üçün daha sürətli və rahat keçid imkanı yaradır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Məlumata görə, tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib.
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.