Xəbər axtarın

Son axtarış nəticələri:

ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötüb

13.07.2026 16:50

ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötüb

Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış “SİMA Pay” üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9 mini ötüb.

Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) xəbər verilib.

Məlumata görə, iki aydır istifadədə olan sistem gündəlik turniket keçidlərində sərnişinlər üçün daha sürətli və rahat keçid imkanı yaradır.

“İki aydır ki, Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış “SİMA Pay” üztanıma ödəniş sistemi gündəlik turniket keçidlərində yeni təcrübə yaradır”.

Paylaş: