“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Bakı-Tiflis qatarı Tiflisə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. Primeinfo.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
“Azərbaycan Dəmir Yolları” QSC bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.
Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb. Primeinfo.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisini 11 faiz üstələyib. Bu ilin yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min TEU-nu ötüb.
Bakı Dəniz Limanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndələrinin iştirakı ilə görüş keçirilib. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı limanda gömrük orqanları və sərhəd xidməti ilə birgə fəaliyyət barədə ətraflı məlumat verilib. Əməliyyatların optimallaşdırılması istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən xəbərə görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
Bakı-Tiflis-Qars dəmir yolu xətti Gürcüstan hissəsinin modernləşdirilməsi ilə Orta Dəhliz üzrə yükdaşımalarda yeni imkanlar açır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Bu barədəPrimeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək. Primeinfo.az xəbər verir ki, bu ölkəyə iki vaqon gübrə və iki vaqon buğda tədarük olunacaq. Qatar saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.