“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib.
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub. Primeinfo.az xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq. Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı – Tiflis– Bakı qatarının hərəkət qrafikini açıqlayıb. Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) verilən xəbərə görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tiflisdən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək. Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tiflis reysi ilə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb. Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) verilən xəbərə görə, qatara minik zamanı sərnişinlər biletlə yanaşı bir sıra vacib sənədləri də təqdim etməlidirlər. Məlumata görə, sərnişinlərdən pasportun əsli tələb olunur və “mygov” platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir.
“Azərbaycan Dəmir Yolları”nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur. Qurumdan Primeinfo.az-a verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.
Bakı-Tiflis-Bakı reyslərində komfort və komfort-plus sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Bakı-Tbilisi-Bakı qatar reysi üzrə bilet satışı başlayıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı – FOTO