Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Azərbaycan Dəmir Yolları” QSC (ADY)

WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək

WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib. Bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb. Hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq. Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.

Üztanıma ilə ödəniş sistemində problem yaranıb? – ADY-dən AÇIQLAMA

Üztanıma ilə ödəniş sistemində problem yaranıb? – ADY-dən AÇIQLAMA

Ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə ödəniş sistemi istifadəyə verildi. Bu sistemin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq - FOTO

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq - FOTO

18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək. Ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edirik. Giriş sərbəstdir.

WUF13 könüllüləri qatarlardan ödənişsiz istifadə edə biləcəklər - FOTO

WUF13 könüllüləri qatarlardan ödənişsiz istifadə edə biləcəklər - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.   P     Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTO - VİDEO

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTO - VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb. Primeinfo.az xəbər verir ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub. Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür.

Gəncə-Mingəçevir-Gəncə dəmir yolu marşrutu üzrə BAYRAM REYSLƏRİ – CƏDVƏL

Gəncə-Mingəçevir-Gəncə dəmir yolu marşrutu üzrə BAYRAM REYSLƏRİ – CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı münasibətilə Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə bayram reysləri təyin edib. Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir yolları”na sitinadən xəbər verir. Məlumata görə, sərnişinlər biletləri ADY-nin saytımızdan, “ADY Mobile” tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilər.

Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq - ADY

Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq - ADY

Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar REYSLƏRİ - CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar REYSLƏRİ - CƏDVƏL

Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, biletləri ADY-nin saytında, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq - ADY

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq - ADY

“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni istifadəyə verilmiş “Dərnəgül” stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq. Primeinfo.az-a bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.