Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Azərbaycan Dəmir Yolları” QSC (ADY)

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - YENİLƏNİB

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - YENİLƏNİB

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.

Azər Fərəcov: "Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatacaq"

Azər Fərəcov: "Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatacaq"

2030-cu ilə qədər Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatdırılacaq. Primeinfo.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, Dövlət Proqramında həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyu mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur: “Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır.

Bakı Limanında yeni körpü - FOTO

Bakı Limanında yeni körpü - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Primeinfo.az quruma istinadən xəbər verir ki, körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib. 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq.

ADY Baş Ələt stansiyasında yolların yenilənməsini davam etdirir - VİDEO

ADY Baş Ələt stansiyasında yolların yenilənməsini davam etdirir - VİDEO

“Azərbaycan Dömir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında yolların yenilənməsini davam etdirir. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dömir Yolları”dan məlumat verilib. Bildirilib ki, görülən işlər bu sahə üzrə daha təhlükəsiz və daha optimal hərəkət sxeminin tətbiqinə imkan verəcək.

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Bu barədə Primeinfo.az-a  ADY-dən məlumat verilib. “Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – deyə bildirilib.

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, gprüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasında mühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətində daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin geniş tətbiqini ön plana çıxarır. Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud yükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarının inkişafının zəruriliyi vurğulanıb.