
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı – Tiflis– Bakı qatarının hərəkət qrafikini açıqlayıb.
Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) verilən xəbərə görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tiflisdən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.
Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.
Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tiflis stansiyalarında dayanacaq.
