Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə 3 milyon 597 min 854 sərnişin daşınıb. Primeinfo.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. Təkcə apreldə isə 1 milyon 29 min 184 sərnişin daşınıb ki, bu da 1 il əvvələ nisbətən 14 % çoxdur.
Sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) məlumat yayıb. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib. Bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.
İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb. Hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq. Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.
Ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə ödəniş sistemi istifadəyə verildi. Bu sistemin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.
18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək. Ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edirik. Giriş sərbəstdir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək. P Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb. Primeinfo.az xəbər verir ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub. Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı münasibətilə Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə bayram reysləri təyin edib. Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir yolları”na sitinadən xəbər verir. Məlumata görə, sərnişinlər biletləri ADY-nin saytımızdan, “ADY Mobile” tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilər.
Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.