Xəbər axtarın

Son axtarış nəticələri:

ADY bu il sərnişin daşınmasını 16% artırıb - FOTO

05.06.2026 19:38

ADY bu il sərnişin daşınmasını 16% artırıb - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb.

Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.

Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb, bu, ötən ilin eyni dövründən 6% çox olub.

ADY bu il sərnişin daşınmasını 16% artırıb - FOTO

Paylaş: