Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə QATAR REYSLƏRİ- CƏDVƏL

08.06.2026 14:33

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə QATAR REYSLƏRİ- CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə QATAR REYSLƏRİ- CƏDVƏL
Paylaş: