
“Azərbaycan Dəmir Yolları” QSC regionlara səfər edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə hərəkət marşrutlarındakı mühüm dayanacaq barədə məlumat yayıb.
ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edən sərnişin qatarları Dərnəgül dayanacağından da keçir.
Bildirilib ki, sözügedən istiqamətlər üzrə rayonlara getmək istəyən sərnişinlərin artıq Bakı Dəmiryol Vağzalına və ya digər uzaq stansiyalara gəlməsinə ehtiyac yoxdur. Vətəndaşlar səfər üçün onlara daha yaxın olan Dərnəgül dayanacağından rahatlıqla istifadə edə bilərlər.
