Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Azərbaycan Dəmir Yolları” QSC (ADY)

Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafiki dəyişəcək

Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafiki dəyişəcək

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB

Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub - YENİLƏNİB

Bu gün səhər saatlarında Şəmkir stansiyasının ərazisində Gürcüstandan Bakıya gedən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayanadək bərpa olunacaq.

Bakı Dəmiryol Vağzalında Beynəlxalq Kitabsevərlər Günü qeyd olundu - FOTO

Bakı Dəmiryol Vağzalında Beynəlxalq Kitabsevərlər Günü qeyd olundu - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Beynəlxalq Kitabsevərlər Günü münasibətilə Bakı Dəmiryol Vağzalında sərnişinlərin iştirakı ilə aksiya təşkil edib. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, aksiya Parlaq İmzalar Nəşriyyatı ilə birgə həyata keçirilib.

ADY 7 ayda sərnişin daşımasını 17 % artırıb

ADY 7 ayda sərnişin daşımasını 17 % artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb. Primeinfo.az bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Bakı–Tiflis–Bakı marşrutuna bilet satışının müddəti artırıldı - ADY

Bakı–Tiflis–Bakı marşrutuna bilet satışının müddəti artırıldı - ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır. Primeinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Qeyd edilib ki, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır.

Dəmir yollarında mühafizə gücləndiriləcək - ADY - FOTO

Dəmir yollarında mühafizə gücləndiriləcək - ADY - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları”nı təsdiq edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, bu Qaydalar “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov–Binə – Qala, Zabrat – Maştağa – Bağlar, Yeni Suraxanı – Hövsan və Güzdək – Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını təmin etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını əhatə edir. Qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xətlərinin oxlarının soluna və sağına xətt boyu 11 metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrinə aid edilir.

Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi sürətləndirilir - FOTO

Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi sürətləndirilir - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib. Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub.

Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir - VİDEO

Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir - VİDEO

Azərbaycan Dəmir Yolları Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işləri davam etdirir. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Məlumata görə, hazırda layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını başa çatıb.