
Bakı Dəmiryol Vağzalında 15 Sentyabr – Bilik Günü münasibətilə sərnişinlərə xüsusi hədiyyələr təqdim olunub və bayram əhval-ruhiyyəli aksiya keçirilib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Məlumata görə, yeni tədris ilinin başlaması münasibətilə təşkil olunan aksiyada vağzala gələn sərnişinlər və xüsusilə məktəblilər ADY tərəfindən hazırlanan xüsusi hədiyyələr və səmimi təbriklərlə qarşılanıblar. Aksiyanın məqsədi təhsil alanlara dəstək olmaq və Bilik Günündə sərnişinlər üçün xoş bayram mühiti yaratmaqdan ibarət olub.
Qurum yeni tədris ilinin başlaması ilə əlaqədar bütün şagird və tələbələrə gələcək təhsil yollarında və elmi nailiyyətlər qazanmaqda uğurlar arzulayıb.











