Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Azərbaycan Dəmir Yolları” QSC (ADY)

ADY yeni rayonlararası sərnişin qatarları alır - FOTO

ADY yeni rayonlararası sərnişin qatarları alır - FOTO

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə qatar parkını yeniləməyə davam edir. Primeinfo.az xəbər verir ki, 27 oktyabr tarixində ADY ilə Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb. Sənədi ADY sədri Rövşən Rüstəmov və “CRRC Zhuzhou Locomotive” şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları Dəmiryol Muzeyində olublar - FOTO

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları Dəmiryol Muzeyində olublar - FOTO

Dəmiryolçuların peşə bayramı münasibətilə Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları və təlimçiləri Dəmiryol Muzeyini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Muzeydə uşaqlar dəmir yollarının tarixi və inkişafı haqqında məlumat alıb, muzeyin ekspozisiyaları ilə tanış olublar.

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) oktyabrın 24-ü və 25-də artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.

Qatarlara daş atılma halları 38% azalıb - ADY

Qatarlara daş atılma halları 38% azalıb - ADY

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 26 dəfə daş atılıb. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə belə hadisələrin sayı 38% azalıb.

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək. Primeinfo.az-a bu barədə ADY-dən bildirilib. Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.

51 ilin limançısı: Gəmi saat kimi işləməlidir - ADY - FOTO - VİDEO

51 ilin limançısı: Gəmi saat kimi işləməlidir - ADY - FOTO - VİDEO

Port of Baku – Bakı Limanının hamiyəçi mexaniki Allahverdi Əliyev 51 əvvəl təcrübəçi kimi başladığı karyera yoluna bu gün də eyni həvəslə davam edir. Primeinfo.az xəbər verir ki, pensiyaya çıxmağa hazırlaşan limançı işi üçün darıxacağını deyir. O, həm də gənc limançıların yetişməsinə mühüm töhfələr verir – öyrətdiyi tələbələr açıq sularda işləyirlər.

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 17-18-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yollarından (QSC) məlumat verilib. Məlumata görə, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 min TEU həcmində konteyner daşınması həyata keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur. Belə ki, ötən ilin ilk 9 ayında limanda 77 min 300 TEU həcmində konteyner daşınıb.

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub - FOTO

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub - FOTO

Çexiya nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib. ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.

Salyanda minik avtomobili hərəkətdə olan yük qatarının qarşısına çıxıb - VİDEO

Salyanda minik avtomobili hərəkətdə olan yük qatarının qarşısına çıxıb - VİDEO

Bu gün səhər saatlarında “Mersedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi maşın Salyan-Salmanlı sahəsində hərəkətdə olan yük qatarının qarşısına çıxıb. Primeinfo.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb.