DİN-in Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət edib. NİİM-dən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, velosiped və skuterdən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur. “Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara növbəti dəfə müraciət ünvanlayıb. Primeinfo.az-a bu barədə NİİM-dən məlumat verilib. Bildirilib ki, nizamlanan piyada keçidlərində nizamlayıcını diqqətə almadıqda qəza baş verəcək.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb. Bu barədə Primeinfo.az-a NİİM-dən məlumat verilib. Bildirilib ki, yol-nəqliyyat hadisələri bəzən bəzi sürücülərin yollarda tələsməsi səbəbindən baş verir.
Ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: “Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, qəza zamanı nəqliyyat svetoforu və idarəetmə qutusu sıradan çıxıb.
“Bu hadisə ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospketi “Koroğlu” metro stansiyasının yaxınlığında baş verib. Nəticədə piyada dünyasını dəyişib. Müşahidə kamerasının qeydə aldığı bu qəza 12 zolaqlı yolun hərəkət hissəsindən keçməyin nə qədər təhlükəli olduğunu göstərir”.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində təhlillər aparıblar. Primeinfo.az-a bu barədə NİİM-dən məlumat verilib. Bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə: 1.
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Primeinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Qeyd edək ki, dünən axşam saatlarında hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.
Aprelin 12-də Suraxanı rayonu, Zığ dairəsi-Hava Limanı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, yük maşını yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalını yandırmayıb.