Xəzər rayonu, Aeroport şosesində yol hərəkəti qaydalarına əməl etməyən sürücü qəza törədib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir: “Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır.
Hazırda yağıntılı hava şəraitinin davam etməsi paytaxt yollarında bəzi istiqamətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib, sıxlıq yaranıb. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat verilib. Bildirilib ki, yol polisi əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər.
Ötən gün paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin hərəkəti digər istiqamətə yönləndirilib.
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, bu səbəbdən prospektdən “Koroğlu” meto stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Qeyd edək ki, dünən gecə Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmiş, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilmişdi.
Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. Primeinfo.az xəbər verir ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni işıqforlar quraşdırılıb və istifadəyə verilib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən “L” və “A” tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd işıqfor dirəyi quraşdırılıb.
Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, dərhal ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-a bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) zolaqlarda hərəkətlə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır: “Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast gəlinir.