Xəbər axtarın

Son axtarış nəticələri:

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB

08.09.2026 12:15

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

07 sentyabr, 23:45

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Paylaş: