Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)

Maştağa-Zabrat yolunda niyə tez-tez qəzalar baş verir? - SƏBƏB - VİDEO

Maştağa-Zabrat yolunda niyə tez-tez qəzalar baş verir? - SƏBƏB - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, eyni yolda bu ayın 3-də minik avtomobilnin idarəetməni itirib yol kənarına aşması və 6-da baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb: “DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən bu il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır”.

Yük avtomobillərinin sürücülərinə MÜRACİƏT

Yük avtomobillərinin sürücülərinə MÜRACİƏT

Yüklərin daşınması qaydalarına əməl edilməsi çox mühüm məsələdir. Həmin qaydalara riayət olunmayanda xoşagəlməz və ağır hadisələr baş verir. Bu günlərdə paytaxtın mərkəzi yolunda qeydə alınan hadisə də məhz qaydaların gözlənilməməsi nəticəsində baş verib.

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb - VİDEO

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb - VİDEO

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start veriblər.

Yağışla bağlı bu yollarda tıxac var - SİYAHI

Yağışla bağlı bu yollarda tıxac var - SİYAHI

Həm davam edən yağmurlu hava şəraiti, həm də həftəsonu olduğu üçün paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata görə, sıxlığın azaldılması məqsədilə yol polisi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.

Bakıda yanan maşın söndürülüb - FOTO - YENİLƏNİB

Bakıda yanan maşın söndürülüb - FOTO - YENİLƏNİB

Bakının mərkəzi prospektində avtomobil yanır. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.

Nərimanovda hərəkətin təşkili dəyişdirildi - VİDEO

Nərimanovda hərəkətin təşkili dəyişdirildi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb.

Bakıda baş verən qəzaların görüntüləri - VİDEO

Bakıda baş verən qəzaların görüntüləri - VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu gün paytaxtda baş vermiş qəzaların görüntülərini yayıb. Primeinfo.az-a quruma istinadən xəbər verir ki, həmin hadisələr nəticəsində yol infrastukturuna ziyan dəyib. Bildirilib ki, səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan qəzadan da ehtimal olunur ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi olub.

Zığ dairəsində sürət həddi bərpa edildi

Zığ dairəsində sürət həddi bərpa edildi

Zığ dairəsində yağışa görə endirilən sürət həddi bərpa edilib. Bu barədə Primeinfo.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bakıda diqqətsizliyin səbəb olduğu yol qəzaları - VİDEO

Bakıda diqqətsizliyin səbəb olduğu yol qəzaları - VİDEO

Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizliyidir. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur.