Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)

Sürücünün diqqətsizliyi piyada keçidində faciəyə səbəb olacaqdı - NİİM - VİDEO

Sürücünün diqqətsizliyi piyada keçidində faciəyə səbəb olacaqdı - NİİM - VİDEO

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə piyada keçidlərinə yaxınlaşarkən yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, NİİM-dən sürücülər piyada keçidlərinə yaxınlaşdıqda ilk növbədə müvafiq yol nişanlarına diqqət yetirməli, avtomobilin sürətini azaltmalı və sərt əyləcdən istifadə etməməli olduqları bildirilib. Həmçinin sürücülərə təhlükəsiz ara məsafəsini qorumaq tövsiyə olunub.

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. 07 sentyabr, 23:45 Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakıda güclü tıxac var - FOTO 

Bakıda güclü tıxac var - FOTO 

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1.

NİİM yeni tədris ili ilə bağlı sürücülərə MÜRACİƏT etdi – FOTO

NİİM yeni tədris ili ilə bağlı sürücülərə MÜRACİƏT etdi – FOTO

  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması gözlənilir. Müşahidələr göstərir ki, övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bəzi valideynlər və özü sürücü olan tələbələr əksər hallarda yol hərəkəti qaydalarına əməl etmirlər.

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları - TƏHLÜKƏLİ anlar - VİDEO

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları - TƏHLÜKƏLİ anlar - VİDEO

“Vaxtında müdaxilə edilmədikdə azyaşlılar qəzanın qurbanı ola bilərlər”. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları barədə valideynlərə müraciətində deyilir. NİİM azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları barədə görüntüləri təqdim edib və qeyd olunub ki, azyaşlılar törətdikləri qayda pozuntuları ilə özlərinin və digərlərinin həyatı üçün ciddi təhlükə yaradıblar: “Sutkanın qaranlıq vaxtı paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçirlər.

Qəza baş verdikdə sürücülər hansı halda hadisə yerini tərk edə bilərlər? - VİDEO

Qəza baş verdikdə sürücülər hansı halda hadisə yerini tərk edə bilərlər? - VİDEO

Paytaxt yollarında yaranan süni nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır. Halbuki qüvvədə olan qanunvericilik müəyyən hallarda sürücülərə nəqliyyat vasitələrini yolun kənarına çəkməyə və hadisə yerini tərk etməyə imkan verir. Primeinfo.az xəbər verir ki, mövzunun aktuallığını son günlər qeydə alınan iki yol-nəqliyyat hadisəsi də təsdiqləyir.

Sükan arxasında telefon istifadəsi yol qəzalarının sayını artırır - NİİM

Sükan arxasında telefon istifadəsi yol qəzalarının sayını artırır - NİİM

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib. Primeinfo.az-a bu barədə NİİM-dən məlumat verilib. Bildirilib ki, bəzi sürücülər qaydaları bilməməsindən yox, qaydalara əməl etməməsindən qəza törədirlər: “Paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir.

Aeroport şossesində təhlükəli manevr yol qəzasına səbəb oldu - VİDEO

Aeroport şossesində təhlükəli manevr yol qəzasına səbəb oldu - VİDEO

Hərəkətin intensiv olduğu yolda sürəti azaldıb təhlükəli manevr edən və düzgün ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb olub. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. “Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu yol-nəqliyyat hadisəsinə baxan hər bir sürücü bilməlidir ki, dönmə işığının yandırılması xəbərdarlıq üçündür, yollarda üstünlük qazandırmır.