Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məhkəmə

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirlən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkilləri Rüfət Səfərovun şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini xahiş ediblər.

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.   Daha sonra təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb.

SSRİ bayraqları ilə yürüş etdiyi üçün cəzalandırılanlardan biri jurnalist imiş - FOTO

SSRİ bayraqları ilə yürüş etdiyi üçün cəzalandırılanlardan biri jurnalist imiş - FOTO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist düşüncəsinin təbliğinə dair paylaşımlar yaymaqda və SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Primeinfo.az Gununsesi.info- ya istinadən xəbər verir ki, həbs olunanlardan biri “Səs” qəzetinin əməkdaşı, jurnalist Elçin Bayramlıdır.

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, üç il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə beş il, Cəmilə Əliyevaya isə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini təklif edib.

Mənimsəmədə təqsirləndirilən notarius həbs edilib

Mənimsəmədə təqsirləndirilən notarius həbs edilib

Sabunçu rayonunda yerləşən 4 saylı notariat ofisinin xüsusi notariusu, külli miqdarda mənimsəmədə təqsirləndirilən Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, istintaqın bir ildən çox getməsinə baxmayaraq, təqsirləndirilən heç bir ödəniş etməyib.

Casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barədə QƏRAR

Casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barədə QƏRAR

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm qüvvədə saxlanılıb.

Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi

Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi

Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. İclas tərəflərin çıxışları ilə davam edib.

Paşinyan məhkəməyə VERİLDİ

Paşinyan məhkəməyə VERİLDİ

Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasından sabiq deputatı Sofiya Ovsepyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Datalex məhkəmə informasiya sistemində yer alan məlumatda bildirilir. İş materiallarına əsasən, Ovsepyan onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyini hesab etdiyi məlumatların Paşinyan tərəfindən ictimai şəkildə təkzib olunmasını tələb edir.

Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı ELAN OLUNUB

Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı ELAN OLUNUB

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Namizəd Səfərov vəsatətlər verib. O, özünün və zərərçəkən kimi tanınan Günel Əfəndiyevanın telefonlarının anten məlumatlarının çıxarılmasını xahiş edib.

Arzum məhkəmə zalında həbs edildi - FOTO - VİDEO

Arzum məhkəmə zalında həbs edildi - FOTO - VİDEO

Tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib. Arzum isə son söz deyib: “İlk gündən özümü təqsirli bilmirəm.