Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Energetika Nazirliyi

Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

2025-ci ildə Energetika Nazirliyi tərəfindən 157 icazə verilib. Bu barədə Primeinfo.az-a nazirlikdən bildirilib. Qeyd olunub ki, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə 36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə isə 2 icazə verilib.

Energetika naziri Masallıda vətəndaşları qəbul edəcək

Energetika naziri Masallıda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov 2026-cı il yanvarın 23-də Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4400, Masallı şəhəri, Qarabağ küçəsi 17) keçiriləcək.

Energetika Nazirliyi dənizdə külək layihəsi üçün müqavilə imzaladı

Energetika Nazirliyi dənizdə külək layihəsi üçün müqavilə imzaladı

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb. Bu barədə Primeinfo.az-a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

9 ayda 20 milyon tondan çox neft hasil olunub

9 ayda 20 milyon tondan çox neft hasil olunub

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20.7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2.9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0.4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.