Ukraynadakı münaqişə sona çatmaq üzrədir. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi sona doğru gedir.
“Rusiya ilə Ukrayna arasında savaşın dayandırılmasını dəstəkləyirəm. Açığını desəm, Zelenski bu məsələdə elə də kömək etmir”.
Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Primeinfo.az xəbər verir ki,bu barədə regionun qubernatoru Aleksandr Beqlov rəsmi bəyanatla çıxış edib. Qubernatorun verdiyi məlumata görə, dron zərbələri və onların qalıqlarının düşməsi nəticəsində 12 çoxmənzilli yaşayış binasına və 2 fərdi evə ciddi ziyan dəyib.
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev istilik elektrik stansiyasına №5-ə (İES-5) zərbə endirib, paytaxt və Kiyev vilayətinin ən azı 600 min sakini elektrik təchizatından məhrum olub. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, İES-5 Kiyev və Kiyev vilayətindəki hərbi obyektləri və hərbi-sənaye kompleksinin müəssisələrini elektrik enerjisi ilə təmin edirdi. Həmçinin RF Müdafiə Nazirliyi gecə ərzində Rusiyanın regionları üzərində 902 Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu bildirdi.
Rusiyanın Penza vilayətində “Mərkəzi Asiya – Mərkəz” magistral qaz kəmərində partlayış baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri “Qazprom Transqaz Saratov” şirkətinə istinadən məlumat yayıb. Partlayış Volçkovo kəndi yaxınlığında qeydə alınıb.
Kiyevə ballistik raketlərlə hücum barədə xəbərdarlığın gecikməsi tərəfdaşların Ukraynaya əvvəlcədən məlumat verməməsi ilə deyil, Rusiyanın tətbiq etdiyi silahın xüsusiyyətləri ilə əlaqəli olub. Primeinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib. Nazir təsdiqləyib ki, oktyabrın 12-də Rusiyanın gecə hücumu zamanı Ukraynada hava həyəcanı siqnalı gecikmə ilə verilib.
“Rusiya dənizdə batan insanı xatırladır. O özü ilə birgə yanındakıları da batırmaq istəyir. Rusiya faktiki olaraq bu müharibəni qlobal şəkildə uduzdu.
“Ukrayna Azərbaycan təcrübəsini tədricən tətbiq etməlidir. İran-ABŞ savaşında da çoxlu vasitəçilər var idi, lakin nəticə yoxdur. Rusiya artıq demək olar ki, məğlubdur. İlk dəfə olaraq Ukrayna ordusu Xarkov istiqamətində Rusiya sərhədinə çatdı və bu ən ciddi göstəricidir”.
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə qəzəblənib və rəsmi Kiyevin Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri dayandırmasını gözləyir.
Rusiya silahlı qüvvələri oktyabrın 11-i axşam saatlarında Ukraynanın Xarkov şəhərinin ətrafına və İvano-Frankivskə raket zərbələri endirib. Primeinfo.az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər həlak olub, azı 9 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.