Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: “Əndincanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi birliyimizin təbliğinə töhfə verir” - FOTO

15.04.2026 11:39

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi ofisində Özbəkistanın Əndican şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı-2026” elan edilməsinə həsr olunmuş tədbir keçirilib.

Primeinfo.az xəbər verir ki, Əndicanın mədəni və tarixi potensialının təqdimatı tədbirində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal, parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, alimlər və ekspertlər iştirak ediblər.

Türkiyəli millət vəkili İlyas Topsakal qeyd edib ki, üç min illik tarixi olan Əndican qlobal mədəniyyətə töhfə verməkdə davam edir. Türk xalqlarının qədim torpaqlarını ziyarət etmək Türk dünyasının birliyinin təbliğinə töhfə verir.

İ.Topsakal bununla bağlı sosial şəbəkə hesablarında da paylaşım edib:

“Əndicanın 2026-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ortaq tariximizin və mədəni yaddaşımızın yenidən qovuşduğu mühüm dönüş nöqtəsidir. Türk dünyasını millət edən ən təməl ünsürün sənət, ədəbiyyat və atalarımızın miras qoyduğu köklü mədəni irs olduğunun şüuru ilə Fərqanə vadisinin qədim ruhunu daşıyan Əndican bu il təkcə bir şəhər deyil, eyni zamanda ortaq kimliyimizin yenidən dərk edildiyi bir mərkəz olacaq.

Özbəkistanın tarixi şəhərləri ilə inteqrasiya olunmuş bu dərin sivilizasiyanın türk dünyasının hər yerində hiss olunması mədəni əlaqələrimizi daha da gücləndirəcək”.

Tədbir iştirakçıları, o cümlədən Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələrinin iştirakı ilə “Türk dünyasının mədəniyyət paytaxtı-2026”nın loqosu təqdim edilib.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: