Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair “Ankara Bəyannaməsi”ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.
Almaniya Ukraynaya növbəti hərbi yardım paketinə NATO-ya üzv dövlətlər arasında ən böyük töhfəni verəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. “Ukrayna üçün indi pulları həm Aİ kreditləri xətti ilə, həm də yeni dəstək fondundan əldə etmək vacibdir.
İyun ayı Ukraynanın Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə endirdiyi hava zərbələrinin sayına görə, 2026-cı ilin ən intensiv dövrü olub. Primeinfo.az UNİAN- a istinadən xəbər verir ki, ay ərzində azı 13 obyektə hücum edilib ki, bu da ilin əvvəlindən bəri qeydə alınan ən yüksək göstəricidir. Son hədəflərdən biri Volqoqraddakı “Titan-Barikadı” zavodu olub.
Ukrayna ötən gecə Rusiyanın yanacaq-enerji kompleksinə zərbələri davam etdirib. Primeinfo.az xəbər verir ki, bu dəfə hədəf Krasnodar diyarındakı Slavyansk şəhərindəki neft emalı zavodu olub. Zavodda bir neçə güclü partlayış baş verib, yanğın başlayıb.
Rusiyanın Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində azı 18 nəfər xəsarət alıb.
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək. Primeinfo.az xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən “Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması” adlı paneldə bildirib. Baş nazir qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirən dönüş nöqtəsi oldu və müdafiə potensialının sistemli şəkildə gücləndirilməsinin vacibliyini göstərdi: “Xorvatiya müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdırmaq hədəfini yerinə yetirib və 2030-cu ilə qədər bu göstəricini planlı şəkildə artırmağı davam etdirəcək.
Rusiya və Ukrayna arasında girovların mübadiləsi olub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova bildirib. O, Ukrayna ilə girovların mübadiləsinin həyata keçirildiyini söyləyib.
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir. Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltava vilayəti səmasında döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcısı ilə əlaqə kəsilib.
Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki “Titan-Barrikadı” zavoduna hücum edib.