Ukrayna SEPAH-ın saxladığı və İranda saxlanılan dörd dənizçisini ölkəyə qaytarıb. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukraine” Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiyə istinadən məlumat yayıb. Tixinin sözlərinə görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmiləri və dənizçiləri saxlayıb.
Azərbaycan vətəndaşı Əliyev Tural Əjdər oğlunun anası oğlunun taleyinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, ananın sözlərinə görə, Əliyev Tural Əjdər oğlu 6 yanvar 1998-ci ildə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. O, subaydır, boyu 1,70 metr, çəkisi isə 60-65 kiloqramdır.
İyunun 21-dən etibarən Kerç bərə keçidi vasitəsilə bərə daşımaları müvəqqəti olaraq dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kerç bərə keçidi Rusiyanın Krasnodar diyarı ilə Krım yarımadası arasında əlaqəni təmin edir.
Ukrayna ordusu Rusiyanın Tümen şəhərində yerləşən Neft Emalı Zavoduna zərbə endirib.
Böyük Britaniya Ukrayna üçün öz istehsalı olan, ABŞ komponentlərindən asılı olmayan və nisbətən ucuz uzaqmənzilli raket sistemləri hazırlayır. Primeinfo.az bu barədə “Bloomberg“-ə istinadən məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyinin dəstəyi ilə hazırlanmış üç sistem yaxın aylarda həm Böyük Britaniyada, həm də Ukraynada sınaqdan keçiriləcək.
Fransanın Evian-le-Ben şəhərində keçirilən sammitdə G7 liderləri Kiyevi dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün yeni tədbirlər barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Birgə bəyanata görə, iştirakçılar Rusiyanın müdafiə sənayesinə və hərbi iqtisadiyyatına təzyiqi artırmağı, xüsusən də neft və qaz sektorundakı məhdudiyyətlərə diqqət yetirməyi öhdələrinə götürüblər.
Ukraynaya məxsus FPV-dronlarının Donetsk vilayətinin Pokrovsk rayonunda 40 rusiyalı hərbçini məhv etməsinin görüntüləri yayılıb. Primeinfo.az həmin görüntüləri təqdim edir: [video width="628" height="360" mp4="https://cdn.primeinfo.az/2026/06/197202_360p.mp4"][/video]
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində Rusiyanın Krasnodar diyarının Temryuk rayonunda yerləşən dəniz terminalında yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə məlumat verib. “PUA qalıqlarının düşməsi nəticəsində dəniz terminalında yanğın baş verib.
Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə ölkədə Ukraynanın 4 “Flamingo FP-5” qanadlı raketini vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bundan əlavə, ötən gecə Rusiyanın regionları üzərində 14 idarəolunan aviasiya bombası və 766 kamikadze PUA-sı vurulub.
Bolqarıstan Ukraynaya göstərdiyi hərbi yardımı dayandırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Məlumata görə, Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü davam etdirməyəcəyini bəyan edib.