Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb. Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.
Türkiyə Qara dənizdə mülki gəmilərə hücumların qəbuledilməz olduğunu bildirir və bölgədə gərginliyin azaldılması, həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. “Dəfələrlə bəyan etmişik ki, Qara dənizdə təhlükəsizlik təhdid altındadır.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. “Bu gün İqora qarşı sui-qəsd cəhdi olub.
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları (PUA), raketlər, hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin alınması üçün 3,47 milyard avro həcmində yeni maliyyə tranşı ayırıb. Primeinfo.az xəbər verir ki, “Reuters“ bu barədə Avropa Komissiyasına istinadən məlumat yayıb. Məlumata görə, vəsait bu ilin əvvəlində təsdiqlənmiş 90 milyard avroluq kredit proqramı çərçivəsində ayrılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizindəki insidentlə bağlı İranın təhdidlərinə münasibət bildirib.
Slovakiyada Ukrayna Futbol Assosiasiyasının (UAF) keçmiş prezidenti Andrey Pavelko saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb. Qurum şübhəlinin adını açıqlamasa da, Ukrayna KİV-i söhbətin məhz Andrey Pavelkodan getdiyini yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Sırski vəzifəsinin icrasını davam etdirir. Primeinfo.az xəbər verir ki, bu bəyanatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Baş komandan Aleksandr Sırskinin bu gün vəzifədən azad ediləcəyi barədə Ukrayna mediasında yayılan məlumatlara cavab olaraq yayıb. “General Sırski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində öz səlahiyyətlərini yerinə yetirməyə davam edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski müdafiə naziri Mixail Fedorovun istefasının səbəblərindən birinin onların arasında yaranmış münaqişə olması barədə məlumatların yayılmasından sonra ilk açıqlamasını verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün və sabah Ukraynada danışıqlar aparacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyə XİN-dən məlumat verilib. Səfər zamanı Fidanın Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul ediləcəyi, həmçinin xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Prezident Aparatının rəhbəri Kiril Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Krım tatarlarının milli lideri Mustafa Cəmil və Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov da daxil olmaqla yüksəkvəzifəli şəxslərlə görüşlər keçirəcəyi planlaşdırılır.
Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. Primeinfo.az “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bununla da hökumət tam tərkibdə istefaya göndərilib. Qərar parlamentin iclasında səsvermə yolu ilə qəbul olunub.