
Almaniya Ukraynaya növbəti hərbi yardım paketinə NATO-ya üzv dövlətlər arasında ən böyük töhfəni verəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
“Ukrayna üçün indi pulları həm Aİ kreditləri xətti ilə, həm də yeni dəstək fondundan əldə etmək vacibdir. Burada biz ümumilikdə 70 milyard avrodan danışırıq”, – o qeyd edib. Almaniyanın payının nə qədər olacağı ilə bağlı suala cavab verən Pistorius bildirib: “Bu ən böyük fərdi töhfə olacaq”.
Daha əvvəl NATO-nun Avropa ölkələri və Kanadanın alyansın Ankaradakı sammitində 2026-2027-ci illər üçün Ukraynaya 70 milyard avro hərbi yardım ayırmaq barədə razılığa gəldiyi barədə məlumat verilmişdi.