
Rusiyanın Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində azı 18 nəfər xəsarət alıb.
Yaralananlar arasında iki azyaşlı uşaq da var.
Primeinfo.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqlamasına görə, hücum nəticəsində şəhərdə beşmərtəbəli yaşayış binası, fərdi evlər və mülki nəqliyyat vasitələri zədələnib.
